Maide.az

Meydan Tv-nin jurnalistinin həbsdə olan qardaşları azadlıqda

Vəkil və Raci İmanovlar məhkəmənin qərarı ilə azadlığa buraxılıblar. Maide.Az xəbər verir ki, Meydan TV-nin əməkdaşı, yazar Günel Mövludun qardaşları haqqında verilmiş məhkəmə qərarı dəyişdirilib. Belə ki, onlar barəsində seçilən həbs-qətimkan tədbiri ləğv olunub. Bu barədə G. Mövlud özü “facebook” səhifəsində yazıb. Vəkil və Raci İmanovlar məhkəmənin qərarı ilə azadlığa buraxılıblar. G.Mövludun qardaşları Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) maddəsi ilə ittiham olunurdular.