Maide.az

Metropoliten generator alır - Qiyməti 12 milyon manatdan çox

"Bakı Metropoliteni” QSC generator almaq üçün elan etdiyi açıq tenderin nəticəsini açıqlayıb.   Maide.Az "Rakurstv"-ə istinadla  xəbər verir ki, tenderin qalibi Türkiyənin "MTU Motor Turbin Sanayi ve Ticaret” anonim şirkəti olub.   Sentyabrın 6-da qalib şirkətlə 6,33 mln. avro dəyərində satınalma müqaviləsi imzalanıb.