Metronun ‘28 May’ stansiyası müvəqqəti bağlanıb
Metronun "28 May" stansiyası qarşısındakı keçiriləcək mitinqlə əlaqədar metro stansiyası saat 13:00-dan 17:00-a qədər bağlı olacaq. bu barədə qeyri-rəsmi mənbələr bildirib. Bakmetropoliten-in mətbuat xidməti açıqlama yayaraq Bakı metropoliteninin "28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının oktyabrın 19-da saat 13:00-dan fəaliyyətinin müvəqqəti dayandırılması ilə qərar qəbul edilidiyini elan edib. Bu arada, mitinqin keçiriləcəyi meydandan iki məhəllə məsafədə artıq polis postları qurulub. /contact.az