Metro çökdü, 4 nəfər həlak oldu, 10 nəfər yaralandı
Cənubi Koreyada metronun çökməsi nəticəsində 4 nəfər həlak olub, 10 nəfər yaralanıb. Maide.Az Beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, hadisə bu gün Seul şəhəri yaxınlığında metro dayanacaqlarının birində təmir işləri apararkən baş verib. Hadisənin baş vermə səbəbi bildirilməyib.