Maide.az

Metro işçiləri tətil etdi, 900 min sərnişin sərgərdan qaldı

 İngiltərənin paytaxtı Londonda metro işçilərinin tətili 900 min sərnişinin sərgərdan qalmasına səbəb olub.    Maide.Az “Daily Mail”-a istinadən xəbər verir ki, London metrosunun lokomotiv maşinistlərinin tətilinə görə, yeni il qabağı gündəlik 300 min sərnişin problemlə üzləşir.    Tətil artıq 3 gündür ki, davam edir və 3 gün ərzində 900 min nəfər məqsədə çatmaq üçün problemlərlə üzləşiblər.    Tətilə səbəb hökümətin smart lokomotivlərdən istifadə etmək üçün verdiyi qərardır. Bu qərar icra olunarsa minlərlə lokomotiv maşinisti işsiz qalacaq.