Metroda qatar yandı, sərnişinlər evakuasiya edildi- Londonda
Polisdən qatarların hərəkətinin müvəqqəti dayandırıldığı bildirilib Böyük Britaniyanın paytaxtı Londonda Oksford Sirk metro stansiyasında Beykerli xəttində qatar alışaraq yanıb. "Report" xəbər verir ki, hazırda stansiya bağlıdır, sərnişinlər evakuasiya edilib, polis və yanğınsöndürənlər hadisə yerinə gəlib. Polisdən qatarların hərəkətinin müvəqqəti dayandırıldığı bildirilib.