Maide.az

Metroda iş rejimi dəyişdirilir

Bakıda keçiriləcək I Avropa Oyunları zamanı Bakı Metropolitenində iş rejimi dəyişdiriləcək  Maide.az  xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib. Şöbə rəisinin sözlərinə görə, hələlik dəyişiklik Oyunların açılış və bağlanış mərasimlərinin keçiriləcəyi günlərə aid edilir: “I Avropa Oyunları zamanı sərnişinlərin rahat hərəkətinin təmin edilməsi məqsədilə iyunun 12-dən 28-dək Bakı metrosunda iş vaxtı 01:00-a qədər artırılacaq. I Avropa Oyunlarının açılış və bağlanış günü isə metronun iş saatı gecə saat 02:00-a qədər uzadıla bilər. Əgər rəsmi qərar olarsa, bu vaxtın daha da uzadılması istisna edilmir”. Xatırladaq ki, hazırda metro səhər saat 06:00-dan gecə saat 00:00-a kimi işləyir. /