Maide.az

Messi Ronaldoya çatdı

İspaniya La Liqasının son turunda “Levante” ilə oyun (5:0) “Barselona”nın futbolçusu Lionel Messi üçün əlamətdar olub.   Görüşdə  üç qol vuran argentinalı hücumçu  La Liqada het-trik sayını 31-ə çatdırıb. Bununla da  Alfredo Di Stefano və Telmo Zarranı geridə qoyan Messi Kriştian Ronaldonun rekorduna şərik olub.   La Liqada 300-cü matçında çıxan futbolçu cari mövsüm vurduğu qolların sayını 26-a yüksəldib. Beləliklə o, 28 qolla bombardir olan Ronaldoya bir qədər də yaxınlaşıb.