Maide.az

Meksikada təxminən 40 nəfər torpaq sürüşməsinin qurbanı olub

  Meksikanın şərqində "Erl" fırtınasının doğurduğu torpaq sürüşmələri nəticəsində həlak olanların sayı 38 nəfərə çatıb.   Trend-in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Puebla ştatın hakimiyyəti əvvəl bildirib ki, regionda 28 nəfər həlak olub, onlardan 15 nəfəri yetkinlik yaşına çatmayanlar olub. /