Maide.az

Meksikada iki qatar toqquşdu; 12 nəfər yaralı

Meksikada 2 qatarın toqquşması nəticəsində ən azı 12 nəfər yaralanıb.   Maide.az-ın məlumatına görə, Meksika rəsmiləri bildiriblər ki, Oşina dayanacağında qatarın dayandığı halda 2-ci qatar ona arxadan çırpılıb. Hələlik hadisənin səbəbi bəlli deyil.    Meksika metrosu Nyu-York metrosundan sonra Şimali Amerikada ən böyük metro sistemi hesab olunur.