Maide.az

Meksikada 5.5 bal gücündə zəlzələ baş verib

Meksikanın Qerrero ştatının cənubunda 5,5 bal gücündə zəlzələ baş verib.   Trend "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.   Xidmətin məlumatına görə, yeraltı təkanların episentri San-Luis-Akatlan qəsəbəsindən 34 km. şimal-qərbdə yerləşib. Təbii fəlakətin ocağı 37.9 km. dərinlikdə qeydə alınıb. Zərərçəkən və dağıntılar barədə hələlik məlumat daxil olmayıb. /