Mehran sərhəddindən İraqın Nəcəf şəhərinə dördzolaqlı magistral yol çəkiləcək
Ərbəin zəvvarlarının gediş-gəlişini asanlaşdırmaq məsədilə İranın Mehran sərhəd-keçid məntəqəsindən İraqın Nəcəf şəhərinə dördzolaqlı magistral yol çəkiləcək. Maide.Az “tasnimnews” xəbər saytına istinadən xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Məhəmməd İslami bu gün Mehran sərhəd-keçid məntəqəsinə baxış keçirdikdən sonra jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, hazırkı iki zolaqlı yol, genişləndirilərək 4 zolaqlı olacaq. “Bu layihə gündəmdədir, icrası üçün maliyyə vəsaiti baxımdan çətinlik yoxdur. Lakin infrastrukturun təmini üçün zamana ehtiyac var.” O qeyd edib ki,Kirmanşahdan İlam əyalətinə dəmir yolu xəttinin çəkilməsi və bu dəmir yolu xəttinin İraq dəmir yolu xəttinə birləşdirilməsinin bizim üçün proritet məsələlərdəndir. “Dəmir yolu xəttinin İraq dəmir yolları xəttinə birləşdirmək üçün müxtəlif layihələrimiz mövcuddur. İnşallah bu layihələrin icrasını tezləşdirəcəyik”. Hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir. Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. Bu il Ərbəin miladi təqvim ilə 30 oktybar tarixinə təsadüf edir.