Maide.az

Mehdiabad qəsəbəsində güclü külək ciddi fəsadlara yol açıb - VİDEO

Mehdiabad qəsəbəsində güclü külək ciddi fəsadlara yol açıb.   Maide.Az bildirir ki, bu barədə Sputnik Azərbaycan-a sakinlər məlumat veriblər.   Onların sözlərinə görə,  güclü külək nəticəsində qaçqın şəhərciyində yerləşən binaların damı yerindən qopub. "Vəziyyət pisdir. Evin damı qopub düşdü. Uşaqlar qorxudan ağlayır. Nəsə olacağından narahatıq" — deyə sakinlər bildiriblər.    Qeyd edək ki, bu gün Bakı və abşeron yarımadasında küləkli hava müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, oktyabrın 26-dan küləyin sürəti daha da artacaq. Güclü şimal-qərb küləyinin oktyabrın 27-si səhərədək davam edəcəyi gözlənilir. Abşeron yarımadasında hava şəraitinin ötən günlə müqayisədə təzadlı dəyişəcəyi, atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsəcəyi və havanın temperaturunun 10-12 dərəcə aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.    Oktyabrın 27-si səhər saatlarından isə yarımadanın bəzi yerlərində yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12 dərəcə aşağı enəcək.    Azərbaycanın rayonlarında da oktyabrın 26-dan 27-si gündüzədək hava şəraiti kəskin dəyişəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12 dərəcə aşağı enəcək. Arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.   Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda suyun miqdarının artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur