Medvedev Ermənistana gedir
Sentyabrın 8-9-da Rusiyanın baş naziri Dmitri Medvedev Ermənistana səfər edəcək. Bu barədə Ermənistanın baş naziri Ovik Abramyan bildirib. Onun sözlərinə görə, avqust-sentyabr aylarında Gürcüstan, İran və Rusiyadan olan həmkarları ilə görüşləri gözlənilir: “Avqustun 21-22-də Gürcüstanın baş naziri İrakli Qaribaşvili Ermənistana gələcək. Sentyabrın 15-17-də isə mən İrana səfər edəcəyəm”.