Maide.az

Müdafiə Nazirliyi: ‘Ermənistana məxsus PUA vurulub’

Bu gün, iyunun 19-u səhər saatlarında cəbhə bölgəsində Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" taktiki pilotsuz uçuş aparatının (PUA) vurulduğu açıqlanıb.   Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.   Məlumatda vurğulanır ki, cəbhənin Füzuli-Xocavənd istiqamətində Azərbaycanın mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" taktiki pilotsuz uçuş aparatını (PUA) vurublar.