Müdafiə Nazirliyi: Ermənistan ordusunun pilotsuz uçuş aparatı məhv edilib
Azərbaycan Silahlı Qüvvələri cəbhə bölgəsində təxribatların qarşısını almaqda davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dünən Azərbaycan Silahlı Bölmələri Ermənistan ordusuna məxsus pilotsuz uçuş aparatını məhv edib. Pilotsuz aparat Füzuli istiqamətində vurulub.