Maide.az

MÜBARƏK RAMAZAN AYININ 23-CÜ GÜNÜNÜN DUASI (AUDİO)

 Bakıda sübh azanı saat 03:26-da,  axşam azanı isə saat 20:32-dədir.   اَللّـهُمَّ اغْسِلْني فيهِ مِنَ الذُّنُوبِ، وَطَهِّرْني فيهِ مِنَ الْعُيُوبِ، وَامْتَحِنْ قَلْبي فيهِ بِتَقْوَى الْقُلُوبِ، يا مُقيلَ عَثَراتِ الْمُذْنِبينَ Duanın oxunuşu: Əllahumməğsilni fihi minəz-zunub, və təhhirni fihi minəl uyub, vəmtəhin qəlbi fihi bitəqvəl qulub, ya muqilə əsəratil muznibin. Duanın tərcüməsi: İlahi, bu gün mənim günahlarımı yu, məni eyiblərdən təmizlə, qəlbimə qəlblərin pərhizkarlığı ilə qurtuluş ver! Ey günahkarların xətalarına göz yuman! İFTAR DUASI للَّهُمَّ لَكَ صُمْتُ وَ عَلَى رِزْقِكَ أَفْطَرْتُ وَ عَلَيْكَ تَوَكَّلْتُ يَا وَاسِعَ الْمَغْفِرَةِ اغْفِرْ لِي Duanin oxunuşu: Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu, ya vasiəl məğfirəti iğfir li. Duanın tərcüməsi: İlahi, Səndən ötrü oruc tutdum, Sənin verdiyin ruzi ilə iftar edib Sənə təvəkkül edirəm. Ey geniş bəxşiş sahibi, mənim günahlarımı bağışla! Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz 23-cü gün - 8 rukət (Hər rukətdə 1 Həmd,1 istənilən surə)