Mübarək Ramazan ayı gecələri Amerikada- FOTO
Amerikanın Merilend İslami Mərkəzi Mübarək Ramazan ayında müxtəlif proqramlarla müsəlmanlara ev sahibliyi edir. Maide.Az xəbər verir ki, hər gün şam və işa namazından sonra bu mərkəzdə müsəlmanlara iftar verilir. Bu mərkəz və məscid 1996-cı ildən fəaliyyət göstərir. Məscidin kitabxanası və tədris mərkəzi var ki, orada gənclərə və yeniyetmələrə Quran tilavəti və ərəb dili tədris olunur. Bu məsciddə yoxsul insanlar üçün qida bankı yaradılıb.