Maide.az

MÜBARƏK RAMAZAN AYININ 7-Cİ GÜNÜNÜN DUASI

Bakıda sübh azanı saat 03:23-də,  axşam azanı isə saat 20:28-dədir.   اَللّـهُمَّ اَعِنّي فِيهِ عَلى صِيامِهِ وَقِيامِهِ، وَجَنِّبْني فيهِ مِنْ هَفَواتِهِ وَآثامِهِ، وَارْزُقْني فيهِ ذِكْرَكَ بِدَوامِهِ بِتَوْفيقِكَ يا هادِيَ الْمُضِلّينَ Duanın oxunuşu: Əllahummə əinni fihi əla siyamihi və qiyamih, və cənnibni fihi min həfəvatihi və asamih, vərzuqni fihi zikrəkə bidəvamih, bitəvfiqikə ya hadiyəl muzillin. Duanın tərcüməsi: İlahi, Öz köməyinlə mənə bu günün orucunu tutmaqda və yaxşı əməllər yerinə yetirməkdə kömək ol, məni bu günün əyri yollarından və günahlarından uzaqlaşdır, məni Səni daim yad etməkdə müvəffəq et, ey yolunu azmışları hidayət edən! İFTAR DUASI للَّهُمَّ لَكَ صُمْتُ وَ عَلَى رِزْقِكَ أَفْطَرْتُ وَ عَلَيْكَ تَوَكَّلْتُ يَا وَاسِعَ الْمَغْفِرَةِ اغْفِرْ لِي Duanin oxunuşu: Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu, ya vasiəl məğfirəti iğfir li. Duanın tərcüməsi: İlahi, Səndən ötrü oruc tutdum, Sənin verdiyin ruzi ilə iftar edib Sənə təvəkkül edirəm. Ey geniş bəxşiş sahibi, mənim günahlarımı bağışla!   Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz 7-ci gün - 4 rukət (Hər rukətdə 1 Həmd,13 Qədr)