Mübarək Ramazan ayında Beynəlxalq Quran-Kərim sərgisi keçiriləcək
Mübarək Ramazan ayının ilk on günlüyündə Tehranda 23-cü Beynəlxalq Quran-Kərim Sərgisi keçiriləcək. Maide.az xəbər verir ki, Quran sərgisi Ramazan ayının gecələri saat 19:00-dan 24:00-a qədər müxtəlif proqramlarla fəaliyyət göstərəcək. Sərgidə iştirak edən ölkələr Quran mədəniyyətinin genişlənməsi üçün öz məhsullarını təqdim edəcək. Sərgi hər gecə iftar süfrəsi ilə başlanacaq və maraqlananlar gecə yarısına qədər sərginin beynəlxalq, rəqəmsal, incəsənət, universitet, uşaq, yeniyetmə və Quran xadimləri bölmələrinə baxış keçirə biləcəklər. Quran sərgiləri İranın paytaxtı Tehrandan başqa bu ölkənin daha 30 vilayətində də keçiriləcək./