Maide.az

Mayami meri: Kubanı bombalayaq!

ABŞ Kuba hakimiyyətini devirmək üçün bu ölkəyə zərbələr endirməlidir.   Maide.Az  xəbər verir ki, bu sözləri Mayami şəhərinin meri Frensis Suares deyib.   O bildirib ki, Vaşinqton rəsmi Havanaya təzyiq kimi məhz bu variantı diqqətdə saxlamalıdır:   “Digər variantlara əlavə olaraq bunu da müzakirə etməli və nəzərdən keçirməliyik”.   Qeyd edək ki, Kubada əhali getdikcə ağırlaşan sosial-iqtisadi vəziyyətdən dolayı etiraz aksiyaları keçirir. Hökumət isə aksiyaçıları provokator adlandıraraq, geri çəkilməyəcəyini bəyan edir. / khabaronline/