Mayami şəhəri su altında qalıb
ABŞ-ın Florida ştatı Mayami şəhərinin bir hissəsi su altında qalıb. SalamNews Türkiyə mətbuatına istinadla xəbər verir ki, "İrma" qasırğası səbəbindən şəhəri sel basıb. Səlahiyyətlilər bildirir ki, 15 metrədək yüksələn dalğalar nəticəsində Mayami şəhəri və Mayami-Key West arasındakı magistral yol tamamilə su altında qalıb. Suyun hündürlüyünün təxminən 60 santimetrə çatdığı bildirilir.