Maide.az

Matviyenko: Lenin o vaxt dəfn olunacaq ki...

Vladimir Lenin o vaxt dəfn olunacaq ki, bu məsələnin mübahisəsiz həll yolu tapılacaq.   Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bunu Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.   O, "Arqumentı i faktı" qəzetinə müsahibəsində qeyd edib ki, Qırmızı meydanda V.Lenin Rusiya tarixinin bir hissəsidir:   "Və mən düşünürəm ki, belə məsələlərdə hər şeyi sındırıb-dağıtmaq olmaz. Əminəm ki, nə vaxtsa bu məsələ də həllini tapacaq, cəmiyyət konsensusa gələcək".   V.Matviyenko bildirib ki, dəfn məsələsi referendum yolu ilə də həll oluna bilər: "Lakin bu, indinin və sabahın işi deyil".