Maide.az

Masazırın su təchizatı məhdudlaşdırılır

Bu gün Masazır qəsəbəsində suyun verilməsində məhdudiyyət yaranacaq.   “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yeni çəkilmiş 426 mm diametrli su xəttinin magistral kəmərə birləşdirilməsi ilə əlaqədar sentyabrın 11-də 24 saat müddətində Abşeron rayonunun Masazır qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.   Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir. /