Maide.az

Masazırda böyük bir ərazidə çökmə, sürüşmə və uçqun olub -FOTO

Masazır qəsəbəsində yaşayış evlərinin yaxınlığında torpaq sürüşməsi baş verib.   Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov APA-ya faktı təsdiqləyərək bildirib ki, Masazır qəsəbəsində “Zəli gölü” kimi tanınan ərazidə böyük bir ərazidə qeyri-bərabər çökmə, sürüşmə və bəzi sahələrdə isə uçqun prosesi müşahidə edilib.   Onun sözlərinə görə, sürüşmə-çökmə hadisəsinin baş verdiyi ərazi maili yamacdır, yamacın maililiyi 20-25 dərəcə təşkil edir: “Ərazidəki süxurlar yuyulmaya, həll edilməyə meyllidir. Atmosfer yağıntılarının, qrunt və kanalizasiya sularının təsirindən süxurların həll olunması nəticəsində ərazidə qeyri-bərabər çökmə-sürüşmə hadisəsi baş verib. Bəzi yerlərdə qırılma qaşının hündürlüyü 20-40 sm-ə qədər dəyişir, ayrı-ayrı lokal sahələri əhatə edir”.   R. Həsənov qeyd edib ki, ərazidə mərkəzləşdirilmiş drenaj şəbəkəsi, kanalizasiya xəttinin sularının yer səthinə axıdılması müşahidə olunub. /