Maide.az

Masallı polisinin qarşısında özünü yandıran kimdir və buna səbəb nə olub?

Ötən gün axşamüstü Masallı Polis şöbəsinin qarşısında Rayon sakini 1995-ci il təvəllüdlü Rafiq Zeynalov adlı bir nəfər özünü yandırıb.    Özünü yandıran şəxsə məhkəmə tərəfindən 5 min manat cərimə kəsildiyi bildirilir.    Həmin şəxs ağır vəziyyətdə Bakıya aparılıb.    Onu xilas etmək istəyən 2 polis işçisi isə müxtəlif dərəcəli xəsarətlər alıb.    Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb..(cenubxeberleri)