Maide.az

Masallıda qarın ağırlığına tab gətirməyən ev uçub

Masallıda yaşayış evi uçub.   Hadisə rayonun Dəlləkli kəndində qeydə alınıb.   Kənd sakini, 1958-ci il təvəllüdlü Məmmədyar Mehdiyevə məxsus birmərtəbəli ev qarın ağırlığına tab gətirməyib, evin arxa divarı uçub.   Evdə 26 nəfərin yaşadığı bildirilir.   Hadisə nəticəsində xəsarət alan olmayıb. (apa) /