Maide.az

Masallıda məsciddə oğurluq hadisəsi qeydə alınıb

Masallı rayonu Bədalan kəndi Dəmirçi məhəlləsində yerləşən məsciddə oğurluq hadisəsi baş verib.    Bədalan kəndidən Cenubnews.com-a verilən məlumata görə, yanvarın 5-i saat 05:00 radələrində Bədalan kənd məscidinin pəncərəsinin kilidi sındırılıb açılıb. Oradan 4-ədəd böyük mis qazan və nəzir qutusu qırılaraq içindəki pul naməlum şəxs tərəfindən oğurlanıb.    Hazırda polis əməkdaşları oğurluq faktı ilə bağlı əməliyyat-axtarış tədbirləri və araşdırmalar aparır.