Maide.az

Masallı dağlarında yanğın başlayıb

Masallı dağlarında yanğın başlayıb.   Maide.İnfo FHN-ə istinadən xəbər verir ki, avqustun 9-da Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Masallı rayonunun Xanalıyan kəndində dağlıq ərazidə yanğın müşahidə olunur.   Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində 10 avqust 2017-ci il tarixində saat 10:50-də yanğın məhdudlaşdırılıb.   Yanğının söndürülməsi üçün işlər davam etdirilir.   Hadisə ilə bağlı əlavə məlumat veriləcək. /