Maide.az

Marsda həyata başlamaq üçün bombalı təklif

Marsda "həyata başlamaq" üçün ən maraqlı təklif, texnologiya dühası "Tesla"nın icraçı direktoru Elon Muskdan  gəlib: Planetin iki qütbünə da termonüvə bombası atmaq!   Maide.az xəbər verir ki, Amerikada TV proqrama qatılan Musk, Marsın insan həyatına uyğun hala gəlməsinin bir yavaş bir də sürətli yolu olduğunu iddia edib. Musk, yavaş üsul olaraq planeti istixana qazına boğaraq bir neçə il ərzində iqlim dəyişikliyi başlatmağı göstərib. Muskun sürətli üsulu isə daha maraqlı şəklində xarakterizə edərək, "Sürətli yol, planetin qütblərinə istilik-nüvə bombaları atmaqdır", deyib.