Maide.az

Marneulidə `Qəm qəhrəmanı Zeynəb (s.ə)` adlı şəbih göstərildi (Foto)

Dünən Gürcüstanın Əhli-Beyt (ə) Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Əhli-Beyt (ə) Aşiqləri Forumu və "Zeynəb (s.ə)" Qadınlar Birliyinin təşkilatçılığı ilə Marneuli Mədəniyyət Evində "Qəm qəhrəmanı Zeynəb (s.ə)" adlı şəbih göstərilib. İlk öncə Elçin Daşdanzadə Əhli-Beyt (ə) sevərləri salamlayıb və Hacı Hikmət Qurandan bir neçə ayə tilavət edib. Bakı şəhərindən dəvət olunmuş "Kövsər" və "Cəfəri-Muminun" ilahi nəğmələr qruplarının səhnələşdirdiyi şəbih tamaşasından öncə ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu çıxış edib. Məharətlə canlandırılan şəbih tamaşaçılar tərəfindən yüksək səviyyədə qarşılanıb.