Maradona: “FİFA-da anarxiya hökm sürür”
Beynəlxalq Futbol Federasiyası Assosiasiyasında (FİFA) anarxiya hökm sürür. Bunu əfsanəvi argentinalı futbolçu Diego Maradona bəyan edib. “Futbol dünyasında hamıya bəllidir ki, FİFA-da anarxiya hökm sürür. Bunun günahkarı isə heç nədən xəbəri olmayan Yozef Blatterdi. Məhz bu səbəbdən mən qurumun prezidenti postuna İordaniya şahzadəsi Əli bin Əl-Hüseynin namizədliyini dəstəkləyirəm”, deyə Maradona bildirib. Qeyd edək ki, FİFA qurumun prezidenti seçkiləri üçün dörd nəfərin namizədliyini təsdiqləyib. Bunlar FİFA-nın hazırkı prezidenti Yozef Blatter, İordaniya şahzadəsi Əli İbn Əl-Hüseyn, Portuqaliya millisinin sabiq futbolçusu Luis Fiqu və Niderland Futbol Federasiyasının prezidenti Mixael van Praaqdır. FİFA prezidentliyinə növbəti seçkilər mayın 29-da İsveçrənin Sürix şəhərində keçiriləcək.