Maide.az

Mandarin qabığındakı faydalar

  Mandarin müxtəlif faydalı maddələrlə olduqca zəngindir. Burada C, A, B qrupu vitaminlər, orqanik turşular, pektinlər, fitonsidlər, minerallar və s. var.   Mandarinin qabıqaları da çox qiymətli müalicəvi məhsuldur. Mandarinin qabıqlarını atmayın, onlardan çox faydalı çay hazırlayın.   Bunun üçün 2 orta ölçüdə olan mandarin qabıqlarını xırda doğrayın, termosa qoyun, üzərinə 1 stəkan  isti (qaynar yox!) su tökün, 3-4 saat dəmləyin. Sonra dəmləməni yaxşı süzün və bu çayı gün ərzində adi çay kimi için. Çaya bal da əlavə edə bilərsiniz. (saglamolun.az) /   Bu çayın bir çox faydalı xüsusiyyətləri var: - immun sistemini möhkəmləndirir - öskürək və bronxit zamanı bəlğəmgətirici və iltihabəleyhinə təsir edir - ishal zamanı bağırsaqları "yığır" - bağırsaqlara antiseptik təsir edir - qurdqovucu təsirə malikdir - stresi və sinir gərginliyi azaldır, əhval-ruhiyyəni yaxşılaşdırır - qanda şəkərin səviyyəsini normallaşdırır (təbii ki, bu məqsədlə istifadə olunan çaya bal əlavə olunmur) - soyuqdəymə zamanı çox faydalıdır.