İmam Zaman (ə.c) doğum günü şənliyi Bişkekdə - FOTO
Bu gün Qırğızıstanın paytaxtı Bişkekdə bəşərin xilaskarı Həzrəti Məhdinin (ə.c) doğum günü münasibətilə bayram tədbiri keçirilib. Maide.Az xəbər verir ki, İmam Əli (ə) adına məsciddə təşkil olunan tədbirdə ilk öncə Kərbəlayi Azad Quran tilavət edib və bayram tədbirində iştirak edən şəxsləri təbrik edib. Sonra Əhli – Beyt (ə) şənində şer və ilahilər səsləndirib. Daha sonra İmam Əli (ə) məscidinin imam camaatı Hacı İlqar çıxış edib və İmam Mehdinin (ə.c) həyatı, imamətin faydaları və insanların qeybət dövründə vəzifələri haqqında danışıb. Tədbir iştirakçıları birlikdə fərəc duasını oxuyublar. Bayram tədbiri şam namazı və ziyafət süfrəsi ilə yekunlaşıb. Tədbirdə Qırğızıstanda yaşayan Azərbaycanlılarla yanaşı həmdə bu ölkədə yaşayan digər ölkələrdən olan Əhli – Beyt (ə) aşiqləri o cümlədən İran və Əfqanıstanlı şiələr iştirak ediblər.