İmamzadə Əbdüləzimin (ə) hərəminin günbəzinin üzərindəki bayraq dəyişdiriləcək
Bu gün Tehranda imam Həsənin (ə) nəvələrindən olan İmamzadə Əbdüləzimin (ə) hərəminin günbəzinin üzərindəki bayrağın dəyişdirilmə mərasimi keçiriləcək. Maide.Az xəbər verir ki, noyabr ayının 20-i (Rəbiüs-sani ayının 4-ü) imamzadə həzrət Əbdüləzim Həsəninin (ə) doğum günüdür. Mərasim yerli vaxtla saat 18:00-da başlayacaq. Mövlud münasibətilə hərəmin eyvanları və zərih gül-çiçəklərlə bəzədilib. Bundan başqa bu gecə yerli vaxtla saat 19:00-da o həzrətin mövlud axşamı münasibətilə özəl proqram təşkil olunacaq. Proqram İranın "Quran" televiziyasından canlı yayımlanacaq. O həzrətin mövlud günü (cümə) səhər Nüdbə duası mərasimi, Quranla üns məclisi təşkil olunacaq. Bu proqramlar da İran Dövlət Televiziyasının 2-ci, 3-cü və "Quran" kanalları vasitəsilə canlı yayımlanacaq. Koronavirus səbəbindən Həzrət Əbdüləzimin (ə) hərəmindəki mərasimlər Əhli-beyt (ə) aşiqlərinin iştirakı olmadan təşkil olunacaq.