İmamzadə Əbdüləzimin (ə) hərəminin günbəzinin üzərindəki bayraq dəyişdirilib - FOTO
Tehranda imam Həsənin (ə) nəvələrindən olan İmamzadə Əbdüləzimin (ə) hərəminin günbəzinin üzərindəki bayrağın dəyişdirilmə mərasimi keçirilib. Maide.Az xəbər verir ki, dekabr ayının 12-i (Rəbiüs-sani ayının 4-ü) imamzadə həzrət Əbdüləzim Həsəninin (ə) doğum günüdür. Ötən gün təşkil olunan mərasimdə Tehran və ətraf bölgələrdən Əhli-beyt (ə) aşiqləri iştirak edib. Hərəmin eyvanları və zərih gül-çiçəklərlə bəzədilib.