İmam Xomeyninin (r.ə) Quran təfsiri kitabı çap olunub
İmam Xomeyninin (r.ə) 5 cildlik Quran təfsir kitabı çap olunub. Maide.Az xəbər verir ki, Tehranda keçirilən beynəlxalq Quran sərgisində təqdimatı olan 5 cildlik təfsir kitabında İmam Xomeyninin Quranın ayələri ilə bağlı düşüncələri onun indiyədək çap olunan əsərləri arasından toplanıb. Kitab Ayətullah Məhəmməd Hadi Mərifətin nəzarəti ilə araşdırmaçı yazar Seyid Məhəmmədəli Əyazi tərəfindən hazırlanıb.