Maide.az

İmam Sadiqin (ə) Süfyan Suriyə tövsiyəsi

Süfyan Suridən belə nəql olunur:   دَخَلتُ عَلَى الصّادِقِ عليه السلام فَقُلتُ لَهُ : أوصِني...   İmam Sadiqin (ə) hüzuruna gedib dedim: “Mənə tövsiyə verin...”   Həzrət buyurdu:   يا سُفيانُ، أدَّبَني أبي عليه السلام بِثَلاثٍ، و نَهاني عَن ثَلاثٍ؛ فَأمَّا اللَّواتي أدَّبَني بِهِنَّ فَإنَّهُ قالَ لي: يا بُنَيَ، مَن يَصحَب صاحِبَ السَّوءِ لا يَسلَمُ، و مَن لا يُقيِّد ألفاظَهُ يَندَم، و مَن يَدخُل مَداخِلَ السّوءِ يُتَّهَم.   “Ey Süfyan, atam (ə) məni üç işlə ədəbləndirib, üç işdən də çəkindirib. Mənə öyrətdiyi ədəblər bunlardır:   1. Pis adamla yoldaşlıq edən şərəfini itirər;   2. Sözünü (dilini) saxlaya bilməyən peşman olar;   3. Pis yerə daxil olan ittiham olunar.”   Dedim:   يَابنَ بِنتِ رَسولِ اللّه ِ، فَمَا الثَّلاثُ اللَّواتِي نَهاكَ عَنهُنَّ؟   “Ey Peyğəmbərin qızının övladı, səni çəkindirdiyi üç iş hansıdır?”   Həzrət buyurdu:   نَهاني أن اُصاحِبَ حاسِدَ نِعمَةٍ، و شامِتا بِمُصيبَةٍ، أو حامِلَ نَميمَةٍ.   “Neməti əsirgəyənlə, müsibət zamanı şikayətlənənlə və sözgəzdirənlə yoldaşlıqdan çəkindirib!” (“Tuhəful-uqul”, səh. 376; “Əl-xisal”, səh.169, hədis 222.)   Maide.az – Maarif bölümü