Maide.az

İmam Sadiqin (ə) şəhadəti münasibətilə əzadarlıq yürüşü keçirilib - FOTO

25 şəvval İmam Sadiqin (ə) şəhadət günüdür.   Maide.Az xəbər verir ki, İmam Sadiqin (ə) şəhadət ildönümü münasibətilə Tehranda  və Qum şəhərində Həzrət Məsuməndə  (s) hərəminə  matəm yürüşü keçirilib.   Həmçinin Qum şəhərində İmam Həsən (ə) məscidindən Həzrət Məsumənin (s) hərəminə  əzadarlar yürüş edib.  Əzadarlar,  şəhid imama rözə və mərsiyələr söyləyib, sinəzənlik edərək, əza saxlayıblar.