Maide.az

İmam Sadiq (ə): Dörd şeydən qorxub, dörd kəlməyə sığınmayan şəxsə təəccüb edirəm

İmam Sadiq (ə) buyurmuşdur: “Dörd şeydən qorxub, dörd kəlməyə sığınmayan şəxsə təəccüb edirəm: 1. Qorxu içində yaşayan, amma “حَسْبُنَا اللّهُ وَنِعْمَ الْوَكِيلُ – Həsbunəllah və ne`məl-vəkil” (Allah bizə kifayətdir və O, nə gözəl vəkildir!) – zikrinə sığınmayan şəxsə təəccüb edirəm! Bir halda ki, Allah-Taala həmin zikrin davamında belə buyurmuşdur: “Sonra da (cihada gedənlər, şeytani vəsvəsələrə uymayanlar və “camaat sizə qarşı qüvvə toplamışdır, onlardan qorxun!” – deyənlərin müqabilində imanlarını daha da artırıb bu zikrə sığınanlar) Allahın neməti və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri döndülər və Allahın razılığını qazanmış oldular...” (“Ali-İmran”/173-174.) 2. Qəm-qüssə içində olan, amma “لَا إِلَهَ إِلَّا أَنتَ سُبْحَانَكَ إِنِّي كُنتُ مِنَ الظَّالِمِينَ – Lə iləhə illə əntə, subhanəkə, inni kuntu minəz-zalimin” ((Pərvərdigara!) Səndən başqa məbud yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!) – zikrinə sığınmayan şəxsə təəccüb edirəm! Çünki Allah-Taala bu zikrin davamında belə buyurmuşdur: “Biz onun (Yunisin) duasını (bu zikrə sığındığı üçün) qəbul etdik və onu qəmdən qurtardıq. Biz möminlərə belə nicat veririk!” (“Ənbiya”/87-88.) 3. Məkr və hiyləyə məruz qalan, amma “أُفَوِّضُ أَمْرِي إِلَى اللَّهِ إِنَّ اللَّهَ بَصِيرٌ بِالْعِبَادِ – Ufəvvizu əmri iləllah, innəllahə bəsirun bil-ibad” (Mən öz işimi Allaha həvalə edirəm. Həqiqətən, Allah bəndələrini görəndir!) – zikrinə sığınmayan şəxsə təəccüb edirəm! Çünki Allah-Taala həmin zikrin davamında belə buyurmuşdur: “Beləliklə, Allah onu (Musanı həmin zikri dilinə cari etdiyi üçün) onların (Firon əhlinin) qurduğu hiylələrin şərindən qorudu...” (“Qafir”/44-45.) 4. Dünya və dünyanın gözəlliklərini istəyən, amma “مَا شَاء اللَّهُ لَا قُوَّةَ إِلَّا بِاللَّهِ – Maşaəllah, la quvvətə illa billah” (“Allah hər nə istəsə (o olacaqdır); güc və qüvvət yalnız Allaha məxsusdur!) – zikrinə sığınmayan şəxsə təəccüb edirəm! Çünki Allah-Taala həmin zikrin davamında belə buyurmuşdur: “(Yoxsul bir şəxs varlı bir şəxsə xitabən buyurdu:) Əgər məni mal və övlad baxımından özündən aşağı görürsənsə, ola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaxşısını versin...” (“Kəhf”/39-40.) (“Əl-əmali”, Şeyx Səduq, səh.6; “Biharul-ənvar”, c.90, səh.184-185.) Maide.Az