Maide.az

İmam Rzanın (ə) hərəmi Kəramət ongünlüyünə hazırlaşır – FOTO

   Həzrət Məsumənin (s) mövludu münasibətilə və İmam Rzanın (ə) mövludu ərəfəsində Məşhəddə o həzrətin hərəmi güllərlə bəzədilib.    Maide.Az   xəbər verir ki,  Kəramət ongünlüyü münasibəitlə İmam Rzanın (ə) hərəminin bütün meydanları, fəvvarələri, sütunlu dəhlizləri güllərlə bəzədilib. Hərəmdə bu bayram günləri münasibətilə müxtəlif proqramlar o cümlədən Quranla üns məclisləri,  uşaq və yeniyetmələr üçün xüsusi proqramlar, moizə və  dini şənliklər sağlamlıq protokollarına uyğun olaraq  təşkil olunur.   Qeyd edək ki, Kəramət ongünlüyü Əhli-Beytin (ə) səkkizinci nuru Həzrət İmam Rzanın (ə) əziz bacısı xanım Fatimeyi Məsumənin (s.ə) mövlud günündən - 12 iyundan İmam Rzanın (ə) mövlud gününə - 22  iyuna kimi davam edir.     Kəramət Ongünlüyü Əhli Beyt (ə) dostlarının şənlik günləri sayılır.