İmam Rzanın (ə) hərəmi Fitr bayramından sonra açılacaq
İmam Rzanın (ə) hərəmi Fitr bayramından sonra zəvvarların ziyarəti üçün açılacaq. Maide.Az “tasnimnews”a istinadla xəbər verir ki, İranın Koronavirusla mübarizə qərargahının qərarı ilə iki aydan çox bağlı qalan İmam Rzanın (ə) hərəmi Fitr bayramından sonra açılacaq. Hərəmin ziyarəti üçün vaxt məhdudiyyəti tətbiq olunmayacaq və əvvəlki qaydada fəaliyyət göstərəcək. Məluamta görə, um şəhərində Həzrət Məsumənin (s) hərəmi və İranda olan digər ziyarətgahlar da Ramazan ayından sonra açılacaq .