Maide.az

İmam Rzanın (ə) hərəmində Həzrət Məsumənin (s.ə) mövlud mərasimi keçiriləcək

  Sabahdan Həzrət Məsumə (s.ə)  xanımın mövludu ilə (zil-qədə 1) Kəramət günləri başlayır. Bu günlər İmam Rzanın mövluduna (zil-qədə 11) qədər davam edir.   Maide.Az xəbər verir ki,  Həzrət Məsumənin (s.ə) mövludu münasibətilə bu gecə İmam Rzanın (ə) hərəmində bayram şənliyi təşkil olunacaq.    Yerli vaxtla saat 18:00-dan başlayan mərasimin saat 22:00-dək davam edəcək.    Mərasim Came Rəzəvi və İmam Xomeyni (rə)  eyvanlarında təşkil olunacaq.     Qeyd edək ki, İmam Rzanın (ə) hərəmində  sabah Həzrət Məsumənin (s.ə) mövlud günü saat 8-dən günorta saat 2-dək  müxtəlif bayram tədbirləri təşkil olunacaq.    İranın Məşhəd şəhərində yerləşən İmam Rzanın (ə) mübarək hərəmi bacısı Həzrəti Məsumənin (s.ə) mübarək mövludu münasibətilə bəzədilib.   Əhli-Beytin (s.ə) kəriməsinin mövludu günündə yüzlərlə xanım zəvvar sabah səhər tezdən İmam Rzanın (ə) hərəminə çiçəklərlə gələcək. Bu çiçəklər qardaşına qovuşa bilməyən Xanımı (s.ə) simvolizə edəcək.   Məlumata görə,  Kəramət günlərində 1 milyon yarımdan çox zəvvarın Məşhəd şəhərini ziyarət edəcəyi gözlənilir.