Maide.az

İmam Rzanın (ə) hərəminin 45 il xidmətində duran vəfalı şəxs vəfat etdi -FOTO

İmam Rzanın (ə) mütəhhər hərəminin sadiq xuddamlarından və qızılı günbəzinin yuyulması işlərini həyata keçirən və "Əsədullah əmi" kimi tanınan Məhəmməd Hüseyn Qolhar dünyasını dəyişib. Deyerler.org Astan News-a istinadən xəbər verir ki, Əsədullah əmi Əhli-Beytin (ə) səkizinci nuru İmam Əli Rızanın (ə) mütəhhər hərəmində etdiyi 45 illik xidmətinin 40 ilini hərəmin qızılı günbəzinin yuyulması işlərini həyata keçirmişdir. Məhəmməd Hüseyn Qolhar martın 30-u gecə ağır xəstəliyi səbəbilə Məşhəd şəhərində dünyasını dəyişmişdir.