İmam Hüseynin (ə) şəxsiyyətinin tanıtdırılması üçün 10 dildə beynəlxalq mətbuatda yazılar dərc olunacaq
Aşura qiyamvə İmam Hüseynin (ə) şəxsiyyətinin tanıtdırılması üçün 10 dildə beynəlxalq mətbuatda xüsusi buraxılış yazılar dərc olunacaq. Maide.Az xəbər verir ki, mətbuat üçün xüsusi buraxılış yazılar İranın İslami Əlaqələr və Mədəniyyət Təşkilatı və Aşura fondu tərəfindən müştərək hazırlanacaq. Beynəlxalq mətbuatda dərc olunacaq yazılar müsəlman və qeyri –müsəlman mütəfəkkirlərin qələmi ilə fars, ingilis, ərəb, fransız, ispan və daha bir neçə dildə yazılacaq. Qeyd olunan yazıların Məhərrəm və Səfər aylarında beynəlxalq mətbuatda dərc olunması nəzərdə tutulub. Artıq bununla bağlı işlərə başlanılıb. Dünyanın müxtəlif ölkələrindən yazarların elmi araşdırma yazıları Aşura Fondu vasitəsi ilə qəbul ediləcək və nəşr ediləcək.