Maide.az

İmam Hüseynin (ə) hərəmi Xanım Fatimeyi-Zəhranın (s.ə) mövludu münasibətilə bəzədildi - FOTO

İraqın Kərbəla şəhərində yerləşən Həzrəti İmam Hüseynin (ə)  mübarək hərəmi Xanım Fatimeyi-Zəhranın (s.ə) mübarək mövludu münasibətilə bəzədilib.   Maide.Az -ın verdiyi xəbərə görə, həzrəti Rəsuləllahın (s) qızı, xanım Fatimeyi-Zəhranın (s.ə) mübarək mövludu münasibətilə Kərbəlada  İmam Hüseynin (ə) hərəmi gül çələngləri və rəngli işıqlarla bəzədilib.   Bundan başqa, xanımın mövludu ilə bağlı hərəmdə  bir-birinin ardınca mövlud tədbirləri, mərasimləri və şənlikləri keçirilir.