Maide.az

İmam Hüseynin (ə) hərəmində `Əş-Şühəda` zirzəmi kompleksi məhərrəm ayına qədər istifadəyə veriləcək - VİDEO

İmam Hüseynin (ə) mütəhhər hərəminin mühəndis-texniki idarəsi hərəmin altındakı "Əş-Şühəda" zirzəmi kompleksinin Məhərrəm ayında zəvvarların Kərbəla şəhərinə axınına qədər hazır olacağını bildirib.   Ərbəin vaxtı milyonlarla zəvvarın Kərbəla şəhərinə yürüşü vaxtı İmam Hüseynin (ə) mütəhhər hərəminin "Əş-Şühəda" zirzəmi kompleksi zəvvarların rahat hərəkəti üçün mühüm rol oynayacaq. Baş mühəndis Mehdi Falih zirzəmi kompleksində zəvvarların ehtiyaclarının ödənilməsi üçün lazım olan hər vasitənin quraşdırılacağını bildirib.   Aşağıdakı videoda "Əş-Şühəda" zirzəmi kompleksindəki təmir işlərinin gedişatı ilə tanış ola bilərsiniz. (deyerler)