İmam Hüseynin (ə) hərəmində Quran studiosu fəaliyyətə başladı
İmam Hüseynin (ə) hərəminin “Quran evi”ndə Quran proqramlarının yazılması məqsədilə yeni studionun açılışı olub. Maide.Az xəbər verir ki, studionun açılış mərasimində tanınmış Misirli Quran ustadları Əhməd Əbdülhəy və Seyid Səid Müslim iştirak ediblər. Məlumata görə, studioda iraqlı gənclərin Quran tilavəti üzrə səs yazması aparılacaq. “Studioda Quran, Əhli-beyt (ə) aid və eləcə də dua proqramlarının görüntülü və səs yazmasını həyata keçirmək mümkin olacaq.” Studio bütün standartlara tam cavab verir və orada hər növ proqramın hazırlanması üçün imkanlar mövcuddur”.