İmam Hadinin (ə) şəhadətinin ildönümü münasibətilə Samirrada ƏZADARLIQ - FOTO
Vilayət səmasının (ə) onuncu nuru Həzrət İmam Əliyyən-Nəqinin (ə) müsibətli şəhadətinin növbəti ildönümü günü münasibəti ilə İraqın Samirra şəhərində əzadarlıq məclisi təşkil olunub. Maide.Az xəbər verir ki, İraqın Samirra şəhərində Əhli-Beytin (ə) 10-cu imamı Həzrəti Əliyyən Nəqi (ə) və 11-ci imamı Həzrəti Həsən Əsgərinin (ə) ziyarətgahında ölkənin müxtəlif bölgələrindən Samirraya gəlmiş Əhli-beyt (ə) aşiqlərinin iştirakı ilə əzadarlıq təşkil olunub, növhələr və mərsiyələr oxunub. Qeyd edək ki, Abbasi xəlifəsi Mötəmid Abbasi (lən) 254-cü il rəcəb ayının 3-ü Samirrada İmam Əliyyən Nəqini (ə) zəhərlətdirmişdir və onu şəhadətə çatdırmışdır. İmam Hadi (ə) 20 il həbsdə olduğu evində dəfn edilmişdir.