İmam Həsən Əskərinin (ə) şəhadətinin ildönümü axşamı Samirra - FOTO
Rəbiül-əvvəl ayının 8–nə (15 oktyabr) təsadüf edən İmam Həsən Əl-Əskərinin (ə) müsibətli şəhadətinin il dönümündə İraqın Samirra şəhərində müxtəlif vilayətlərdən olan 700 matəm və xidmət alayı zəvvarlara xidmət edəcək Maide.Az xəbər verir ki, müqəddəs ziyarətgahın rəsmisi Abbas Əl-Şəra bu barədə açıqlamasında qeyd edib. Artıq Samirraya gələn zəvvarların sayında artım müşahidə olunur. Təhlükəsizlik qüvvələri əmin-amanlığı nəzarətdə saxlamaq üçün gücləndirilmiş iş rejiminə keçib. Artıq şəhərdə müqəddəs ziyarətgaha gedən yollarda səyyar xəstəxanalar, istirahət və qidalanma xidmətləri təqdim edən çadırlar qurulub.